"Göbək bağı daşla əzilmişdi, nəfəs almaqda çətinlik çəkirdi" - anası yenidoğulmuş körpəni atıb getdi + FOTOLAR


Türkiyənin Burdur bölgəsində evin önünə atılan körpə aşkarlanıb.


AFN.az Haberturk-ə istinadən xəbər verir ki, səhər-səhər evindən heyvanlarını yemləmək üçün çıxan Karacaören kənd sakini Mehmet Mustafa Taşlıoğlu qapısında yorğana bükülmüş körpə qız uşağı görüb. "Uşağın göbək bağı daşla əzilmişdi və nəfəs almaqda çətinlik çəkirdi" deyən kənd sakini dərhal muxtara məlumat verib. Muxtarın çağırdığı təcili tibbi yardım xidmətinin həkimləri hipotermi olduğu müəyyən edilən körpə qızi intubasiya edərək reanimasiya şöbəsinə yerləşdiriblər.
Gecə saat 02:00 radələrində doğulan və atıldığı təxmin edilən körpənin həyati təhlükəsinin olduğu bildirilir. Jandarm hadisə ilə bağlı araşdırmalara başlayıb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu