Rusiyada helikopter qəzası - ölənlər var/VİDEO


Rusiyanın Buryatiya Muxtar Respublikasının paytaxtı Ulan-Ude şəhərinin Baykal hava limanında Mİ-8 tipli helikopter eniş edərkən yanıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, yanğınsöndürmə briqadası və Rusiya Fövqəladə Hallar Nazirliyinin bütün müdaxilələrinə baxmayaraq, helikopter qısa müddətdə külə dönüb.

Helikopterdə sərnişin olmayıb, yalnız 3 helikopter personalı var idi, onlar da ölüb. Hadisə saat 22.50-də baş verib, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmalara görə, yanğının Helikopterin mühərriklərindən qaynaqlandığı ehtimalının olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu