Şəhid qardaşı avtomobil qəzasının qurbanı oldu


Tovuzda avtomobil bazara girdi, ölən yaralananlar var


AFN.az xəbər verir ki, hadisə Tovuz rayonu ərazisində yerləşən mal-qara bazarında baş verib.

Məlumata görə, rayon sakini Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Həmin vaxt bazarda olan 5 nəfəri maşın vurub. Onlardan biri Əliyev Hümmət Ülfət oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qəzada həlak olan 2001-ci il təvəllüdlü Hümmət Əliyev Vətən müharibəsi şəhidi Əmrah Əliyevin qardaşıdır.

Hazırda faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu