BDU tələbələri üçün “Genderin cəmiyyətdəki rolu” mövzusunda təlim keçirilib


Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün “Genderin cəmiyyətdəki rolu” mövzusunda təlim keçirib.


Təlimdə əvvəlcə gender anlayışı haqqında məlumat verilib. Kişi və qadın obrazları arasında stereotip fərqləri nəzərdən keçirilib, bu stereotiplərin uşaqlıq dövründə aşılandığı və həyatın sonrakı dönəmlərinə təsir etdiyi diqqətə çatdırılıb. Kişi və qadın obrazlarının tədqiqatlar nəticəsində müəyyənləşdirilən tipik əlamətləri vurğulanıb.
Təlim iştirakçılarına gender stereotiplərinin mənfi təsirləri haqqında da məlumat verilib, bunun qadın və kişilərin həyatı keyfiyyətlərini azaltdığı bildirilib. Qadın və kişilərin cəmiyyətdəki sosial rollarının təhlilinə dair müzakirələr aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu