Azərbaycanda bank nazirliyi məhkəməyə verdi
“Rabitəbank” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini məhkəməyə verib.
Tribunainfo.az-ın məlumatına görə, Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimlinin sədrliyi ilə baş tutacaq məhkəmə prosesi növbəti ilin 19 yanvar tarixinə təyin edilib. Bank nazirliyi hərəkətsizlikdə günahlandırır.
İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr yarandığı üçün nazirliyə qarşı iş başladılıb.