Lavrov: Amerikasayaqı qloballaşma sona çatdı
Rusiyanın xarici işlər naziri Lavrov Amerika tipli qloballaşmanın bitdiyini deyib.
AFN.az-ın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib: ”Bəzi yarımçıq proseslər qaçılmaz olaraq yaşanmalı olacaq, lakin eyni zamanda yeni bir sistem qurulur. Həm maliyyə, həm də logistikadan asılı olmayacaq, Bu sistem Qərbdən, keçmiş tərəfdaşlarımızın şıltaqlıqlarından və üstünlük hissindən asılı olmamalıdır".
Diplomat əlavə edib ki, Rusiyanın real tərəfdaşları BRİKS, ŞƏT, Aİİ, MDB, KTMT-dir. Lavrovun sözlərinə görə, ziddiyətli fikirlərə baxmayaraq, KTMT postsovet məkanının ona məxsus hissəsində təhlükəsizliyin təmin edilməsinə töhvə verən mühüm mexanizmdir. XİN rəhbəri həmçinin bildirib ki, ABŞ başda olmaqla kollektiv Qərb dünyada lider mövqelərini qoruyub saxlamağa çalışır: “Lakin getdikcə onları itirir, ona görə də çoxqütblülük hələ uzun zaman bərqərar olacaq“.
Xatırladaq ki, bundan əvvəl Lavrov NATO-nun gələcəkdə Asiya-Sakit okean regionuna nüfuz edəcəyini də proqnozlaşdırmışdı.