FİFA rəsmisi vuruldu, monitor aşırıldı- CƏZA


FİFA dünya çempionatında qrup mərhələsini adlaya bilməyən Uruqvay yığmasının bir neçə futbolçusuna qarşı intizam işi açıb.


AFN.az xəbər verir ki, buna səbəb cənubi amerikalıların Qana ilə qarşılaşmadan sonra etdiyi hərəkətlər olub.
Belə ki, afrikalılarla oyunda 2:0 hesablı qələbə qazanan uruqvaylılar qrupdan çıxa bilmədiklərini öyrəndikdən sonra əsəblərini cilovlaya bilməyiblər.



Komandanın qapıçısı Fernando Muslera hakimlərə qarşı intizamsız hərəkətləri ilə diqqət çəkib.
Onun komanda yoldaşı Dieqo Qodin də eyni hala görə FİFA-nın qəzəbinə tuş gəlib.



Xoes Maria Ximenes isə ali futbol qurumunun nümayəndəsi Kolin Simiti vurub.
Edinson Kavani isə oyundan sonra soyunub-geyinmə otağına yollanarkən VAR monitorini aşırdıb. Onları ağır cəzalar gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu