Masazırda məktəbli vəfat etdi - FOTO

Abşeron rayon Masazır kənd 4 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib.
AFN.az xəbər verir ki, bu barədə məktəb məlumat yayıb. Bildirilib ki, məktəbin şagirdi İlkin Köçəriyev ötən gün vəfat edib.
Onun əziyyət çəkdiyi xəstəlikdən həyatını itirdiyi qeyd edilib.