Çində kafe, restoran və bütün mikrorayon bağlanıb - Pekin çıxılmaz vəziyyətdə


Çin artıq bu həftə ikinci dəfədir ki, yoluxma sayında yeni antirekord nəticəyə imza atıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ÇXR hakimiyyəti təcili olaraq antikovid məqsədli ən sərt tədbilərə əl atıb. 12 milyon insanın yaşadığı və pandemiyanın tüğyan eldiyi Çjenjoy şəhəri qapalı elan edilib. Artıq ölkədə təcrid olunmuş yaşayış məksənlərinin sayı sürətlə artmaqdadır. Hətta paytaxt Pekində belə ayrı-ayrı rayonlar blokada vaziyyətindədir. Ölkə səlahiyyətliləri virusun yayılmasına hədsiz dözümsüz yanaşırlar. Belə ki, polis əməkdaşları metal konstruksiyalı yaşayış komplekslərini qapayır, məçburi karantin elan edirlər. Bu cür sərt tədbirlər Pekində hətta ilk pandemiyanın yayıldığı dövrlərdə belə olmayıb. Rekord həddə yoluxma paytaxtın bütün rayonlarında tam təcridetməyə gətirib çıxarıb. Əgər bir evdə nəticəsi müsbət çıxan bircə nəfər belə kovid xəstəsi olarsa, nəinki binanı, hətta bütün mikrorayonu belə qapalı elan edirlər.

NAZİLƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu