Rəsul Quliyev İlham Əliyevi təbrik etdi - TAM MƏTN


Milli Məclisin sabiq sədri Rəsul Quliyev YAP-ın 30 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevi təbrik edib. AFN.az xəbər verir ki, R.Quliyev bununla bağlı paylaşım edib.


"Prezident Heydər Əliyevin liderliyi ilə qurulmuş olan Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi qeyd edilməkdədir. Bu münasibətlə Sizi – partiyanın bugünki lideri olaraq səmimi qəlbdən təbrik edir, Azərbaycanın şərəfli tarixində uğurlar arzulayıram” - deyən sabiq spiker daha sonra bildirib: "Yeni Azərbaycan Partiyasının qurulmasında mənim də danılmaz və müstəsna rolum olmuşdur. 1987-ci ildə hamı, o cümlədən Prezident Heydər Əliyevin zamanında yüksək vəzifəyə gətirdiyi insanlar H.Əliyevdən uzaq qaçanda mən H.Əliyevin dahi olduğunu və bu gün Azərbaycana lazım olduğunu hər yerdə hakimiyyətin ağır təhriklərinə, hədələrinə baxmayaraq açıq formada söyləyir və təbliğ edirdim. Rusiya tərəfindən hakimiyyətə gətirilmiş Vəzirov, ardınca Mütəllibov mənə qarşı terror aktları təşkil etsələr belə, mən bir addımda olsun Heydər Əliyevlə bağlı mövqeyimdən geri çəkilmədən əksinə onların üstünə getdim.
Heç şübhəsiz ki, həmin dövrdə hakimiyyətə gəlməyə can atan xalq cəbhəsi də H.Əliyev fenomeninin əleyhinə idi. Mən bunlara baxmayaraq, Heydər Əliyevin partiya yaratmaq ideyasını dəstəkləyib və hərtərəfli köməkliklərimi etdim. Heydər Əliyevin dövlətçilik üçün əhəmiyyətini dərk etməyənlər, onun Bakıya gələ bilməsindən təşvişə düşənlər eyni uğursuz siyasəti 1993-cü ildə ölkədə siyasi böhran, vətəndaş qarşıdurması və hakimiyyətsizlik yaratmış oldu. H.Əliyevin məhz Bakıya gətirilməsindən sonra ölkədə sabitlik bərpa edildi, xalqa düşmənçilik edənlərə qarşı böyük təmizləmə siyasəti başladı. Bu qətiyyətli siyasət 1994-cü il - Rusiya-S.Hüseynov qiyamı və 1995-ci il - Cavadov qardaşlarının dövlət çevrilişi cəhdinin darmadağın edilməsi ilə başa çatdı. Və bu ağır, lakin şərəfli yolun davamı bugünki qüdrətli Azərbaycanımızı formalaşdırmış oldu. Mən bütün bunlara hansısa siyasi məqsədlər üçün deyil , məhz tarixi gərçəklik üçün toxunuram. İstəyirəm ki, gələcək nəsillər həqiqətləri olduğu kimi öyrənsin. Fikrimcə heç bir zaman keçmişi unutmaq olmaz. Keçmişi olmayan xalqın nə bu günü, nə də gələcəyi olmaz. Keçmişdə ağır səhvlər buraxmış insanlara qarşı kin bəsləmək, qisas almaq lazım olmasada yaddan çıxarmaq olmaz.
Azərbaycan siyasi partiyalar və onların reytinqi məsələsində bir qədər fərqli ölkədir. Yeni Azərbaycan Partiyası heç şübhəsiz ki, məhz Heydər Əliyevin nüfuzunun fundamentində yaradılmış partiyadır. Hansıki indi də Sizin nüfuzunuza söykənib... Mən əminəm ki, Siz indiki nüfuzunuzdan istifadə edib Azərbaycanı inkişaf etdirəcək hələ çox islahatlara imza atmış olacaqsınız. Şəxsən mən buna əminəm.
Bir daha Sizi, birinci Vitse-prezidenti, sizlərin timsalında bütövlüklə bu gün dövlətçiliyi inkişaf etdirməyə ürəkdən çalışan komandanızı təbrik edir, Sizə Azərbaycanın və Türk dünyasının dünyada inkişaf etdirilməsində mühüm uğurlar arzulayıram".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu