G20 ölkələri Rusiyadan Ukraynanı qeyd-şərtsiz tərk etməyi tələb etdi
G20 ölkələrinin liderlərinin Yekun Bəyannaməsində Rusiyanın Ukrayna ərazisindən tam və qeyd-şərtsiz çıxması tələb edilib.
Bu barədə BBC məlumat yayıb. Bali sammitinin yekun sənədində Rusiyanın Ukraynaya təcavüzü sərt şəkildə qınanılıb.
Sənəddə üzv ölkələrin milli mövqeyinin BMT-nin müvafiq qətnaməsinə uğun olduğu, Rusiyanın Ukraynaya təcavüzündən ən sərt şəkildə etiraz olunub və Rusiyanın Ukrayna ərazisindən tam və qeyd-şərtsiz çıxması tələb edilib.
Bəyannamədə müharibənin qlobal iqtisadiyyatda inflyasiyanı artırdığı, tədarük zəncirlərini dağıtdığı, enerji qiymətlərini artırdığı, qida təhlükəsizliyi problemi yaratdığı və maliyyə stabilliyi riskini artırdığı qeyd olunub.