BMT Baş katibi Ukraynada sülh üçün şərait yaradılmasının vacibliyindən danışıb


BMT-nin Baş katibi Antoniu Quterriş Ukraynada sülhün bərqərar olması üçün şərait yaradılmasının vacibliyinə işarə edib.



AFN TASS-a istinadən xəbər verir ki, bu barədə o, şənbə günü Kambocada ASEAN sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Dialoqun bərpası və sülhün gələcəyi naminə yolların tapılması üçün şərait yaratmaq vacibdir”, - A.Quterriş deyib.

Baş katib əlavə edib ki, sülh sazişinin şərtləri BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu