Bayden: Biz İranı tezliklə azad edəcəyik


Biz İranı tezliklə azad edəcəyik.

APA “Reuters“ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı deyib.

O qeyd edib ki, İranda hökumət əleyhinə olan nümayişçilər tezliklə azadlıq əldə edəcəklər.

“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər”, - Bayden vurğulayıb.

Bayden “İranın azad edilməsi” üçün ABŞ hökumətinin konkret olaraq hansı addımlar atacağını açıqlamayıb. Ağ Ev Prezidentin bəyanatına hələ ki münasibət bildirməyib.

Xatırladaq ki, İranda 22 yaşlı Məhsə Əmininin Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsi səbəbi ilə hökumət əleyhinə başlayan etirazlar artıq 7 həftədir davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu