Ozobiçin zədəsi ciddidir


Misli Premyer Liqasının 12-ci turunda “Şamaxı” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.


AFN.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, millimizin də üzvü olan yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Futbolçunun diz yan bağlarında dartınma aşkarlanıb.

Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Beləliklə, Ozobiç bu həftə "Frayburq"la Avroliqa matçını buraxmalı olacaq. Bundan başqa, o, Premyer Liqanın qarşıdakı ən azı 2 turunda - "Kəpəz" və "Sabah"la görüşlərdə də iştirak edə bilməyəcək.

Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun noyabrın 3-də Avropa Liqasının qrup mərhələsində “Frayburq”la matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu