Azərbaycanda 16 yaşlı qızın ərə verilməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


Sabirabad rayon Qarağac kəndinin icra nümayəndəliyi rayonda erkən nikah faktının aşkarlanması ilə bağlı məsələyə aydınlıq gətirib.



AFN.az xəbər verir ki, məsələ ilə bağlı unikal.az-a Qarağac kəndinin icra nümayəndəsi Zaur Dəmirov danışıb:

“Biz həmin ailədə olduq. Ərə verilən qız 2005-ci il təvəllüdlüdür. Onun 17 yaşı tamam olub. Ailəsinin razılığı ilə ailə həyatı qurmasına icazə verilib. Oktyabr ayının 13-də bizim kənddə qız toyu olub. Oğlan toyu isə Şirvan şəhərində baş tutub”.

***

Sabirabad rayonunda erkən nikah faktı aşkarlanıb.


AFN.az apa-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı Məmmədova Aysel Hüseynağa qızı Zal Qarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib.

Toy şənliyi oktyabrın 22-də Şirvan şəhərindəki şadlıq sarayında baş tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu