“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin edildi
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilib.
AFN.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Rövşən Rüstəmov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri Cavid Qurbanov cari ilin mayın 24-ü Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunub.