Mahir Abbaszadə şirkətinin adını dəyişib yenə tender "uddu"


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə ilə bağlı bu gün ikinci məlumat yayılıb.


AFN.az xəbər verir ki, bu dəfə araşdırmaçı jurnalist Cavanşir Həsənli M.Abbaszadənin tender qalmaqalında adı hallanan şirkətinin adını dəyişdirməsilə bağlı xəbər paylaşıb. Jurnalist bildirir ki, deputat 2 il əvvəl "Qaçqınkom"un 15 milyonluq sifarişini öz şirkətinə ("AZ.İNŞAAT-M.V." MMC Gürcüstada da qeydiyyadan keçib) verdiyi haqqında sənədlər ortaya çıxanda susdu: "Ara sakitləşincə ağıllı tərpənib izi itirmək üçün şirkətin adını, qeydiyyat ünvanını və qanuni təmsilçisini dəyişdi. Beləliklə "AZ.İNŞAAT-M.V." MMC "yoxa çıxdı". Lakin şirkət yeni adla öz qeydiyyat tarixini və VÖEN nömrəsini qoruyub saxlayır. "MERCURY CONSTRUCTİON" MMC-nin qeydiyyat məlumatlarında onun VÖEN nömrəsinin 2901066351 saylı olduğu məlum olur. Bu nömrə "AZ.İNŞAAT-M.V." MMC-nin VÖEN nömrəsidir. Hər iki şirkətin qeydiyyat tarixi 23.01.2007-ci il göstərilir. Dəyişikliklər reyestrdən bu il yanvarın 13-də verilmiş son çıxarışa əsasən aparılıb. "Qaçqınkom" indi bina tikə bilmir. Amma adını dəyişmiş 10 manatlıq şirkət artıq bu il ikinci dəfədir ki, MİDA-dan (Mənzil İnşaatı Dövlət Agentliyi) iri məbləğdə tender sifarişi əldə edib. Birinci sifarişin məbləği 9 milyon manata yaxındır. Yeri gəlmişkən, Mahir Abbaszadənin şəriki onun rəhbərlik etdiyi fondda müavini Vüqar İmranovdur".
Məsələ ilə bağlı M.Abbaszadəyə zəng edib mövqe almaq istəsək də, zəngimizə cavab vermədi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu