Türkiyə Prezidenti: "F-16"larla bağlı alternativimiz var"


“Dünyada "F-16"ların da alternativləri var”.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Patriotlarla bağlı istəklərimiz ödənmədiyinə görə, "S-400"ləri aldıq. Əgər ABŞ-da ehtiyacımızı ödəməsə, dünyada bu istəyimizi qarşılaya biləcək çox ölkə var”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, ABŞ-dakı erməni və yunan lobbiləri "F-16" qırıcı təyyarələrinin Türkiyəyə satılmasına qarşı çıxırlar. ABŞ Prezidenti Cpzef Bayden sözgüedən təyyarələrin Türkiyəyə tədarükü ilə bağlı vəd versə də, bu, hələ baş tutmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu