Ermənistan Rusiyaya ikinci cəbhə açır?-Politoloqlar açıqladı


Son zamanlarda Ermənistanın Qərb yönümlü siyasət apardığının hamımız şahidiyik. Ermənilərin Rusiyaya “xəyanət etdiyi” açıq-aşkar görünür. Bu azmış kimi, onu Azərbaycan-Ermənistan sərhəd münaqişəsinə də cəlb etmək cəhdləri ortadadır. Bununla da Ermənistanın Rusiyaya qarşı ikinci cəbhəni açmaq niyyətinin olduğu fikirlərdə ortaya çıxır. Bəs Ermənistan öz niyyətini gerçəkləşdirə biləcəkmi?




Politoloq Sabir Məmmədli AFN.az-a açıqlamasında bildirdi ki, bunun baş verməsi qeyri-realdır. Sadəcə, Ermənistanın Rusiyadan qopmağa çalışdığını və bunu edə bilməyəcəyini vurğulayan həmsöhbətimiz bildirdi ki, iki dövlətin münasibətləri xeyli dərəcədə gərginləşib: “Tarixi proseslərə diqqət yetirsək, görərik ki, istər daxili, istərsə də xarici olsun, Ermənistan Rusiyaya qarşı kəskin mövqe tuta bilməz. Çünki Ermənistanın bütün resursları Rusiyadan daxil olur. Ermənistanın həyatına təsir edəcək bütün nöqtələr Rusiyanın əlindədi .Sadəcə Ermənistan müəyyən mənada Rusiyanı məcbur etmək istəyir ki, dividentlər əldə etsin. Ermənistan yeni yardımlar almaq üçün dirənir. Rusiyaya qarşı ikinci cəbhə açmağı real deyil. Bütün strukturlarda ruspərəstlər var. Sadəcə istifadə etmək istəyir. Paşinyan Qərbə yönəlməklə Rusiyadan qopmağa çalışır. Ancaq bunu edə bilməz”.



Politoloq Anar Əliyev isə bilavasitə ikinci cəbhənin açılmasının səbəblərini göstərilməklə bunun Qərbin planı olduğunu açıqladı: “Rusiyanın Ukraynaya fevral ayından başlatdığı hərbi müdaxiləsindən sonra Qərb Rusiyaya qarşı apardığı birgə mübarizəsinin davamı olaraq Rusiya üçün ikinci cəbhə açmaq istəyir. Rusiyaya daha ciddi zərbə vurmağa çalışır. Hesab edirəm ki, ikinci cəbhə Qafqaz olaraq hədəflənib. Buradada əsas alət Ermənistandır ki, baş rolda çıxş edir. Xüsusi ilə nəzərə alsaq ki, Rusiya rəsmiləri bir neçə dəfə açıq şəkildə bildiriblər ki, kollektiv Qərb Ukraynada Rusiyaya qarşı mübarizə aparır. Rusiyaya qarşı hər hansı təhlükə yaranarsa, həmin qüvvələrə qarşı nüvə başlıqlarından istifadə ediləcəyi ilə bağlı fikirlərini bəyan ediblər. Əslində Ukraynanın 4 vilayətində ərazilərin birləşdirilməsi ilə bağlı “referendum”un keçirilməsində məqsəd də bu ərazilərdə həyata keçiriləcək hər hansı əməliyyatın Rusiya ərazisində aparıldığını açıqlamaq, bununla da nüvə başlıqlarının istifadəsi üçün hüququ baza formalaşdırmaq idi. Bunu dərk edən Qərb müharibənin Şərqi Avropaya (Qərbə) yayılmasının qarşını almaqdan ötrü Rusiya üçün ikinci cəbhəni açmaq niyyətindədir”.



“İkinci cəbhənin açılması Ermənistanın məhvi deməkdir” deyən politoloq Cümşüd Nuriyev məsələyə belə aydınlıq gətirdi: “Rusiyaya qarşı ikinci cəbhənin açılması Ermənistan üçün ciddi problemlər yarada bilər. Birincisi, əgər bu, gerçəkləşsə Rusiya sülhməramlıları Qarabağdan çəkəcək, sülhməramlıların nəzarətində olan Azərbaycan torpaqları da Azərbaycanın tam nəzarətinə keçəcək. İkincisi, belə olan halda Azərbaycan-Ermənistan demarkasiya xərtiələri 1920-ci ilin aprel ayındakı kimi olsa da, Zəngəzur tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Bununla da Ermənistan İrana çıxışını birdəfəlik itirəcək. Bu da Ermənistanın məhvinə birdəfəlik yol açacaq. Rusiya xəyanətkarları sevmir. Bunu son 400 ilin tarixi sübut edir. Necə ki, Rusiya onu qurub, elə də məhv edəcə. Ona görə də Ermənistanın Rusiyaya qarşı açmaq istədiyi cəbhə elə onun özünə son qoyacaq”.

Fərahim RƏHİMOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu