“Qarabağ”dan milliyə atmaca - FOTO


“Qarabağ”ın baş meneceri Asif Əsgərov komandanın futbolçusu Qara Qarayevə üzərində oyunçunun soyadı yazılmış milli forma təqdim edib.


“Qafqazinfo” xəbər verir ki, bunula bağlı fotonu klub rəsmisi özü instaqram hesabında paylaşıb.

Əsgərov fotonun üzərinə “Milli dəyərimiz” yazmaqla həm də Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin futbolçunu komandaya çağırmamasına eyham vurub.

Qeyd edək ki, Qara Qarayev Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə aralarında yaranan problemlə görə yığmanın Millətlər Liqasında Slovakiya və Qazaxıstanla oyunlar üçün heyətinə dəvət almamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu