Bütün azərbaycanlıların Rusiyanı tərk edərək Azərbaycana qayıtması gözlənilən deyil - RƏY


Rusiyadakı hadisələr orada yaşayan azərbaycanlıların iqtisadi fəaliyyətinə təsir edəcək. Bu təsir dolayısı ilə ölkəmizdə də öz əksini tapacaq.


Bunu AFN.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. O qeyd edib ki, bütün azərbaycanlıların Rusiyanı tərk edərək Azərbaycana qayıtması gözlənilən deyil: "Biz adətən 2 milyondan çox azərbaycanlının Rusiyada yaşadığını deyirik. Ancaq bunlardan yanlız 600-700 min nəfəri Azərbaycan vətəndaşlarıdır. Qalanları Rusiya vətəndaşları olan azərbaycanlılardır. Yəni onlar onsuz da Azərbaycana qayıtmayacaqlar. Çünki orda olanların çox hissəsi dövlət və digər vəzifələrdə fəaliyyət göstərirlər. Hələ bizim öz vətəndaşlarımızın da Azərbaycana qayıtması qeyri-real görünür. Çünki onlar öz işlərini orda qurublar. Onların vətənə qayıtması qlobal böhrana səbəb olacaq fikri də çox yanlış fikirdir. Çünki geri dönüş yuxarı səviyyədə olmayacaq. Geri dönən olanlar orada iş qura bilməyənlər olacaq. Onlar da çox yaxşı anlayırlar ki, Azərbaycana qayıtsalar, yenə işsizliklə qarışılaşarlar. Ona görə çalışacaqlar ki,
Rusiyada özlərinə görə işlərini uyğunlaşdırsınlar. Bu gün Rusiyada qalanlar bundan bəhrələnə biləcəklər".
E.Əmirovun sözlərinə görə, Rusiya və Azərbaycan arasında olan ticarət dövriyyəsində böyük problem də vəziyyətə təsir edir: "Azərbaycan və Rusiya xarici ticarət dövriyyəsinə görə ilk üçlükdə yer alır. İdxal üzrə 1, ixrac üzrə isə 3-cü yerdədir. Ticarət dövriyyəsinin həcmi təxminən 3 milyard dollar ətrafında formalaşır. Təxminən bunun 3 də 2-si idxaldır. Görünən odur ki, bu rəqəm çox böyükdür, heç də az deyil. Mənfi fəsadlar olacaq. Əlbəttə, bunun iqtisadiyyata da təsirləri olacaq. Ancaq bu, Azərbaycan üçün problem deyil. Əksinə, yaxın və uzaq dövr üçün Azərbaycana xeyri olacaq".

FƏRAHİM



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu