Rusiyanın BMT TŞ-dəki üzvlüyü dayandırıla bilər

“Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında üzvlüyü dayandırılmalıdır”.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxışı zamanı bildirib.
“Təhlükəsizlik Şurasının daimi üzvü Baş Assambleya tərəfindən pislənən təhrik olunmamış və əsassız müharibəyə başladıqda, bu üzvün Təhlükəsizlik Şurasına üzvlüyünün dayandırılması, mənim fikrimcə, avtomatik olmalıdır, - Mişel deyib.
“Veto hüququndan istifadə istisna olmalıdır, lakin bu, gördüyümüz kimi, qayda olub. İslahat zəruri və təxirəsalınmazdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Çin, ABŞ, Fransa, Böyük Britaniya və Rusiya.