Türkiyə səfiri: "Ermənilər atəşkəsi pozaraq Azərbaycanın sərhədlərinə aparan yolları minalayır"
"Ermənilər atəşkəsi pozaraq Azərbaycanın sərhədlərinə aparan yolları minalayır və bununla təcavüzünü davam etdirir".
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakının işğaldan azad olunmasının 104-cü ildönümünə həsr olunan tədbirdə çıxışında deyib.
"Ermənilər Azərbaycan hərbçilərinin hərəkət etdiyi yollara minalar basdırıb. Təkcə 2021-ci ildə 1300 mina çıxarılıb. Həmin minalar 10 noyabr bəyanatından sonra - 2021-ci ildə döşənmiş minalar olub. Ermənilərin Qarabağ üzərində iddiaları bitmir, lakin cənab Prezident İlham Əliyevin dediyi kimi, dəmir yumruq yerindədir. Təəssüf ki, ərazilərin müdafiəsində şəhidlərimiz də olub. Allah onlara rəhmət etsin!", - səfir əlavə edib.