Türkiyədə qəfil əməliyyat: 9 FETÖ üzvü saxlanıldı


Türkiyə Baş Prokurorluğunun keçirdiyi əməliyyat zamanı İstanbulun 4 vilayətində FETÖ təşkilatının 9 üzvü saxlanılıb.

AFN xəbər veri ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, həbs olunanlar hərbi akademiyanın tələbəsi, imam, istefada olan kiçik zabitlər, hazırda xidmətdə olan çavuş və Məhkəmə Tibb İnstitutunun mütəxəssis həkimidir.

Onların hamısı İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində saxlanılıb. Hüquq-mühafizə orqanları saxlanılanların Fətullah Gülənin təşkilatı ilə əlaqədə olduqlarını təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu