Fətullah Gülənin qardaşı qızı saxlanıldı


Türkiyə sərhədçiləri qeyri-qanuni yolla Yunanıstana keçməyə çalışan Fətullahçı terror təşkilatının (FETÖ) üzvlərini saxlayıb.


AFN.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Xəbəri rus dilində oxuyun: Шапка, которая привлекла внимание Ильхама Алиева... - Видео

Saxlanılanlar arasında təşkilatın lideri Fətullah Gülənin qardaşı qızı Sümeyya Gülən də var.

“Sərhəd bölmələrimiz tərəfindən qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 10 nəfər saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, onlardan 5-i FETÖ terror təşkilatının üzvüdür. Onlar arasında terrorçuların rəhbəri Fətullah Gülənin qardaşı qızı Sümeyya Gülən də var”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Fətullah Gülən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur. Gülən hazırda ABŞ-da yaşayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu