“Qədim Şuşa ibadətgahları” adlı sənədli videoçarx hazırlanıb


Dövlət Tərcümə Mərkəzi ölkədə elan edilmiş “Şuşa ili”nə töhfə olaraq Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşanın qədim tarixindən, ziyarətgah və dini abidələrindən bəhs edən “Qədim Şuşa ibadətgahları” adlı sənədli videoçarx hazırlayıb.


Beynəlxalq internet məkanında Azərbaycan, ingilis, rus, ispan, fransız, alman, türk, çex, gürcü, fars, ərəb və ukrain dillərində yayınlanan videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, eləcə də dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu