Küçədə qadını bıçaqlayan şəxs əri imiş - RƏSMİ


Bakıda küçədə arvadını bıçaqlayaraq daha sonra maşınla hadisə yerindən qaçan şəxs barəsində cinayət işi başlanıb.



Yasamal rayon prokurorluğundan AFN-ə verilən məlumata görə, avqustun 30-da 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə bıçaqla çoxsaylı xəsarətlər yetirərək N.Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu