İraqda ara qarışdı: Silahlı toqquşmada 20 nəfər öldü - VİDEO


İraqın paytaxtı Bağdadda etiraz aksiyaları zamanı 20 nəfər həyatını itirib, 300-dən çox iraqlı yaralanıb.



AFN xəbər verir ki, bu barədə "əl-Cəzirə" telekanalı məlumat yayıb.

Bildirilir ki, İraqın nüfuzlu din xadimi Müqtəda əl-Sədrin siyasi arenadan getmək barədə qərarından sonra onun tərəfdarları aksiyalar keçirib. Bundan sonra yerli hüquq-mühafizə orqanları ilə nümayişçilər arasında silahlı toqquşmalar qeydə alınıb. Tərəflər əsasən paytaxt Bağdadda silahları qarşıdurmalara giriblər.

Sosial şəbəkədə yayılan kadrlardan məlum olur ki, İraqın parlament binasının qarşısında da silahlı qarşıdurma baş verib.

Bu arada Müqtəda əl-Sədr tərəfdarlarının etirazları ilə baş verən zorakılıqlara son qoyulana qədər aclıq aksiyasına başladığını elan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu