Bu tərəvəzlərin qiyməti bahalaşdı - QİYMƏTLƏR (VİDEO)


Yayın bitməsinə az vaxt qalıb. Hazırda bütün evlərdə qışa tədarük görülür. Mürəbbələr bişirilir, turşular hazırlanır.



Bazarlarda istənilən növ meyvə-tərəvəzə rast gəlmək olur. Yəni qıtlıq yoxdur, əksinə bolluqdur. Qiymətlər də həmişəki kimi fərqlidir.

Yay fəsli başlayandan qiyməti həmişə müzakirələrə səbəb olan pomidor hazırda 50 qəpik - 1 manat arasında satılır. Bununla belə bazarda 2 manata olan pomidorlara da rast gəlmək mümkündür.

Satıcılar isə satdıqları məhsulun baha olmadıqlarını deyir.

Qarpızın kiloqramının qiyməti 20-25 qəpik, hazırda böyük təlabat olan kələmin qiyməti isə 40 qəpikdir. Meyvələrin qiyməti isə ötən həftələrdə olduğu kimidir, dəyişiklik yoxdur.

AFN Xəzərxəbərə-ə istinadən süjeti təqdim edir:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu