Xankəndidəki partlayışın səbəbi bəlli oldu - YENİLƏNİB+FOTOLAR(VİDEO)


Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərindəki partlayışın səbəbi məlum olub.


Belə ki, oksigen avadanlığı sexində yüksək təzyiqli konteynerlərin partlaması nəticəsində güclü yanğın baş verib.

Hadisə yerinə xilasedicilərin cəlb edildiyi qeyd olunur.

***

Xankəndidə güclü partlayış baş verib.


“Qafqazinfo” xəbər verir ki, partlayışa dair görüntülər istifadəçilər tərəfindən sosial şəbəkənin erməni seqmentində paylaşılır.

Hələlik partlayışın dəqiq səbəbləri bilinmir. Bir sıra teleqram kanalları isə partlayışın qaz balonunun partlaması nəticəsində baş verə biləcəyini qeyd edirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu