"Xarıbülbül" festivalı ilə bağlı 1 milyon manatlıq 2 tenderə yekun vurulub


Mədəniyyət Nazirliyi "Xarıbülbül" festivalının təşkili üçün zəruri olan səhnə və səs avadanlıqlarının icarəsi (1), həmçinin qonaqların mehmanxanada yerləşdirilməsi və qidalanması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.


"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Credo Event Group Technical Services" və "Shusha Hospitality Group" MMC-ləridr.

Qalib şirkətlərə müvafiq olaraq 545 min manat və 379 min manat, ümumilikdə isə 924 min manat ödəniləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu