“Qadınla kişi bir yerdə əylənə bilməz” deyən imam cəzalandırıldı
Səudiyyə Ərəbistanı Kəbənin aparıcı imamlarından olan Saleh ət-Talibə həbs cəzası verib.
AFN oxu.az-a istinadən xəbər verir ki, bir vaxtlar Məscidül-Həramın xətibi olmuş Saleh ət-Talibin azadlığa buraxılması qərarı ləğv olunub.
2018-ci ildə "qadın və kişilərin konsertlərdə birlikdə əylənməsinin dini baxımdan uyğun olmadığını" ifadə edən və həbs olunan keçmiş Kəbə imamı Saleh ət-Talib 10 il müddətinə azadlıqdan məhrum edilib.