Azərbaycanda “Google Pay” aktivləşdirilib
Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdirilib.
Bu barədə AFN-ə “MasterCard” şirkətindən məlumat verilib.
Məlumata görə, sistemin işə düşməsi ilə bağlı prosedurlar yekunlaşıb.
"Google Pay" 2015-ci ilin sentyabr ayında yaradılıb, "Android" platformasında olan mobil telefonlar, planşetlər və digər "ağıllı" cihazlarda çalışır.