Azərbaycan millisi Türkiyə ilə yoldaşlıq oyunları keçirəcək

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin avqustun 23-dən 31-dək Bakıda təlim-məşq toplanışı olacaq.
AFFA-nın rəsmi saytında verilən məlumata görə, yığma hazırlıq çərçivəsində avqustun 27-də və 30-da türkiyəli yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək.