Bakıda üç qız yoxa çıxdı
Bakıda üç qız itkin düşüb.
AFN lent.az-a istinadən bildirir ki, hadisələrdən biri Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini Əliyeva Aydan Elçin qızı avqustun 5-də evdən çıxaraq, naməlum istiqamətdə gedib.
Bu barədə onun anası Y.Mirvilişova rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.
Digər hadisələr Nizami rayonunda olub.
14 yaşlı rayon sakini Allahverdiyeva Şəlalə Niyazi qızı evdən gedərək qayıtmayıb. Bu barədə onun anası M.Həsənova rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə müraciətində bildirib.
Bundan əlavə, Nizami rayon sakini Darılmaz Kezban Mətin qızı avqustun 16-da rəfiqəsinin evinə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb. Hadisə barədə onun anası İ.Darılmaz 24-cü Polis Şöbəsinə bildirib.
Faktlarla bağlı adları çəkilən şöbə və bölmələrdə araşdırma aparılır.