“Bəxt üzüyü”nün Sedası dünyasını dəyişdi


Müğənni Firəngiz Rəhimbəyova vəfat edib.


AFN.az xəbər verir ki, bu barədə APA-ya rejissor Namiq Şirəlibəyov məlumat verib. Onun sözlərinə görə, aktrisa ürək tutmasından vəfat edib.

Qeyd edək ki, 62 yaşında dünyasını dəyişən Firəngiz Rəhimbəyova ABŞ-da yaşayırdı. O, "Bəxt üzüyü" filmində Sevda obrazı ilə yadda qalıb.

Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub.

1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla onlarla iş birliyi olub.

Bir sıra filmlərdə rol alan Firəngiz Rəhimbəyova daha çox "Bəxt üzüyü" filmindəki Seda rolu ilə məşhurluq qazanıb.

1999-u ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.

Allah rəhmət eləsin!




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu