Baş Prokurorluq dini ekstremizmlə mübarizə ilə bağlı videoçarx hazırladı - VİDEO


Baş Prokurorluq dini ekstremist fəaliyyətlə mübarizə ilə bağlı videoçarx hazırlayıb.



Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən hazırlanmış videoda qeyd olunub ki, dini inamın hər hansı tənqidi yanaşmanı istisna edən və dini normalara kor-koranə riayət etmə ilə müşayiət edilən ifrat dərəcəsi olan dini fanatizm - dini ekstremizmin ideoloji əsaslarını təşkil edir:

“Dini radikalizm – hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranışdır.

Dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslər ləğv edilir və onların fəaliyyəti qadağan edilir.

Dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsində qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər”.

Sözügedən videoçarxı təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu