"Beşiktaş" rəsmisi öz şirkətinin önündə güllələndi


"Beşiktaş”ın idarə heyətində yer alan Umut Tahir Günəş xoşagəlməz hadisə ilə üzləşib.


Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Günəş sahibi olduğu tikinti şirkətinin qarşısında silahlı hücuma məruz qalıb. Hücum edən şəxs qaçarkən ayağından güllə yarası alan Günəş xəstəxanaya aparılıb.

Hadisə İstanbulun Eyüp Sultan mahalının Mithatpaşa məhəlləsində baş verib. İddiaya görə, klub rəsmisi bir dostu ilə şam yeməyində görüşüb. O, saat 18:30 radələrində görüşünə çatmaq üçün sahibi olduğu şirkətin satış ofisindən çıxıb. Bu zaman bir nəfər maşınına minmək istəyən Günəşə yaxınlaşıb və silahını çıxararaq ona atəş açıb. Ardından iş adamını ayağından vuran təcavüzkar hadisə yerindən qaçıb.

Hücumdan sonra polisə müraciət olunub və təcili yardım maşını ilə xəstəxanaya çatdırılan iş adamına tibbi yardım göstərilib.

Hadisə yerində polis tərəfindən araşdırma aparılıb. Axtarışlar zamanı 2 ədəd boş patron darağı aşkar edilib. Təhlükəsizlik kamerası qeydlərini araşdıran polisin araşdırmalara davam etdiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu