“Şamaxı Dairy Farm” növbəti sertifikatını aldı - FOTOLAR


Müasir istehsal avadanlıqlaırı ilə təchiz edilmiş və yüksək keyfiyyətli məhsulları ilə istehlakçıların rəğbətini qazanmış “Şamaxı Dairy Farm” müəssisəsi FSSC 22000 sertifikatı alıb. Adıçəkilən sertifikatın alınması qida istehsalı ilə həyata keçirən hər bir müəssisə üçün mühüm əhəmiyyət kəsb edir.


FSSC 22000, qida təhlükəsizliyini təmin etmək məqsədi ilə proseslərin kontrol edilməsi və sertifikatlaşdırılmasında istifadə olunan, beynəlxalq olaraq qəbul edilmiş, təməlini ISO 22000:2005 və PAS 220:2008 standartları təşkil edən bir sistemdir. Burada əsas məqsəd qidadan qaynaqlanan təhlükələrin azaldılması üçün mühitin yaradılmasıdır.

Qeyd edək ki, “Şamaxı Dairy Farm” çox sevilən “Azərsüd” məhsullarının istehsal edildiyi müəssisədir və bu sertifikatı alınması məhsulun keyfiyyəti və sağlıqlı olması baxımından müəssisənin yüksək etibarını və müştəri məmnuniyyətini ifadə edir.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu