Çavuşoğlu: “Azərbaycanın şanlı zəfəri Cənubi Qafqazda yeni geosiyasi tarazlıq yaratdı”
“Müstəqilliyinin 31-ci ilində Azərbaycan və Özbəkistanla münasibətlərimiz artıq strateji müttəfiqlik hüdudlarından kənara çıxır. Liderlərimizin yaxın dostluğu fəaliyyətimizi asanlaşdırır”.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransında deyib.
O, tarixi Şuşa Bəyannaməsi ilə Azərbaycanla Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə gəldiyini vurğulayıb.
“Azərbaycanın şanlı zəfəri ilə Cənubi Qafqazda sabitlik və tərəfdaşlığa tərəf olan ölkələrin qazanclı olacaqları yeni geosiyasi tarazlıq yaranıb. Hər kəsi bu fürsəti dəyərləndirməyə təşviq edirik”, - deyə o, bildirib.
O, Ankaranın Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəklədiyini qeyd edib.
“Biz də normallaşmaq üçün addım atır, xüsusi nümayəndələrimizin görüşləri vasitəsilə Azərbaycanla məsləhətləşmə çərçivəsində irəliləyirik”, - deyə o, bildirib.