Rəşad Sadıqovdan Qurban Qurbanovla bağlı paylaşım - FOTO


"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsinə münasibət bildirib.



AFN-in məlumatına görə, Ağdam klubunun sabiq kapitanı "köhlən atlar"ın İsveçrə təmsilçisi "Sürix"i mübarizədən kənarlaşdırdığı oyundan sonra rəsmi instaqram səhifəsində komandanın baş məşqçisi Qurban Qurbanovla fotosunu paylaşıb.

"Azərbaycana sənin kimi oğul verdiyinə görə Allaha nə qədər şükür etsək, yetməz!" - deyə o paylaşımında qeyd edib.

Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk matçda "Sürix"ə 3:2 hesabı ilə qalib gəlmişdi. Cavab oyununda da Ağdam təmsilçisi İsveçrə çempionunu məğlub edərək növbəti mərhələyə adlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu