AzTV AMEA-nı “vurdu” - VİDEO


AzTV-nin efirində Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ilə bağlı süjet yayımlanıb.




AFN xəbər verir ki, süjetdə AMEA-nın fəaliyyəti sərt tənqid olunub.

Belə ki, iş saatının bitən vaxtı, yəni 18:00 radələrində AMEA-dan bir nəfərin belə çıxdığı görülməyib.

Binaya daxil olan müxbir və operator elm ocağının bomboş, heç kimin olmadığını, işıqların söndürüldüyünü vurğulayıblar.

Çəkilişə icazə verilmədiyini deyən mühafizəçi dərhal rəhbərini çağırıb.

O isə bildirib ki, AMEA kollektivinin 80 faizi məzuniyyətdə olduğu üçün hazırda binada heç kim yoxdur: “Çəkiliş etmək istəyirsinizsə, səhər saat 10-11-də gəlin”.

"Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib" adı verilən həmin materialı təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu