Stress faktorunu azaltmağın yolları: "Cəmiyyətdə belə bir fikir var ki,.." - Psixoloqla müsahibə


Deyirlər, həyat mübarizədir. Hərə bu mübarizəni bir cür aparır. Kimi sona qədər, kimi yarıyolda təslim olur. Ən pis halda isə psixoloji gərginliyə davam gətirməyənlər özünəqəsdə əl atırlar. Son günlər tez-tez rast gəldiyimiz intihar halları hamını narahat edir. Xüsusən də tibb işçiləri arasında baş verən bu kimi hallar təəssüf doğurur. Səbəb haqqında düşünürsən, suallara cavab axtarırsan.


Yenicag.az xəbər verir ki, tanınmış psixoloq Aidə Sübhan da bu hallarla bağlı bizi maraqlandıran sualları cavablandırdı.

– Aidə xanım, son vaxtlar tibb işçiləri, həkim və psixoloqlar arasında intihar hallarına rast gəlinir. Səbəbi nədə görürsüz?

– Ümumiyyətlə, dünya standartlarında hansısa sahənin mütəxəssisi intihar edə bilməz anlayışı yoxdur. Sadəcə cəmiyyət həkim, psixoloq və bu kateqoriyadan olan insanların stresə daha çox dayanıqlı olduğunu düşünür. Çünki onlar gün ərzində daha çox stress görürlər. Mütəmadi olaraq gün ərzində daha çox treninqlərə və təlimlərə qoşulurlar. Amma heç kim həmin insanların həyatlarının arxa tərəflərini görmür. Onların həyatda yaşadıqları çətinlikləri nə bilir, nə də hiss edirik.

– Bəzən qınaq obyekti də olursunuz…

– Bəli. Cəmiyyətdə həkim və psixoloqlara qarşı bir mənəvi qınaq da var. Mən özüm də bununla tez-tez rastlaşıram. Bir də görürsən deyirlər: “Siz necə mütəxəssissiz ki, özünüzü pis hiss edirsiz?”. Ya da tutaq ki, istirahətə çıxmaq istəyiriksə, bunu belə normal qəbul etmirlər. Cəmiyyətdə belə bir fikir var ki, bu adam psixoloq və ya həkimdirsə, onun özündə, ailəsində heç vaxt problem ola bilməz. Problem ola bilər. Amma bizlər həmin problemlə daha güclü mübarizə aparmalıyıq. Axı biz də insanıq. Hər bir intiharın öz səbəbi var. Amma qeyd edim ki, biz psixoloqlar, həkimlər hansı ki, pandemiya dövründə daha çox stresə məruz qalan kateqoriyalardan biriyik, bizim də bəlli yorulma saatlarımız var. Mütəmadi olaraq öz üzərimizdə çalışmalıyıq ki, bu stress faktoru azalsın. Düzdür, biz həkimlər və psixoloqlar öz həyat tərzimizi bəzən adi insanların həyat tərzinə uyğunlaşdırıb yaşayırıq. Düşünürük ki, bizim pasiyentlərin sağlamlığı daha vacibdir. Özümüzü unuduruq və düşünmürük ki, biz də insanıq. Bizim də doğmalarımız var. Özümüzü yandıra bilmərik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu