CAR vətəndaşı oteldə ölü tapılıb


Bakıda əcnəbi vətəndaş oteldə ölüb.



AFN APA-ya istinadla xəbər verir ki, Səbail rayonu, Salyan şosesində yerləşən "Crescent beach" otelində 1975-ci il təvəllüdlü, Cənubi Afrika Respublikası (CAR) vətəndaşı Robert Labuschangne ölüb.

Onun meyitinin üzərində hər hansı bir zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu