Azərbaycan toyunda ukraynalılara aid marş oxunub, səfir paylaşım edib - VİDEO


Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan toyundan görüntülər paylaşıb.


“Report” xəbər verir ki, məclisdə ukraynalılara aid himn səsləndirilib.

Feysbuk səhifəsində toydan kadrlar paylaşan diplomat yazıb:

“İndi Azərbaycan toyları belə keçir...”.

Qeyd edək ki, Azərbaycan toyunda oxudulan mahnı sovet rejiminə qarşı mübarizə aparan gizli Ukrayna Millətçiləri Təşkilatı (1929-1950-ci illər) və Ukrayna Üsyan Ordusunun (1942-1949) varisi olduğu Ukrayna Seç Atıcılarının (USA; 1914-1918) “Çervona kalina” marşıdır. USA Avstriya-Macarıstan ordusunun tərkibində Ukrayna milli hərbi birləşməsi olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu