Ukrayna səfiri göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
AFN xəbər verir ki, diplomat bu barədə öz feysbuk hesabında yazıb.
"Ukraynanı dəstəklədiyi üçün Azərbaycanı minnətdarıq! Bütün sivil dünya Rusiya Federasiyasının Ukraynanın dinc əhalisinə qarşı törətdiyi növbəti cinayətlərə sərt reaksiya verməlidir. Bu gün “neytral” ölkə yoxdur – təcavüzkarı dəstəkləyənlər və onun cinayətlərini pisləyənlər var!", - deyə Kanevski qeyd edib.
Qeyd edək ki, Rusiyanın Kiyevi və ətraf əraziləri atəşə tutması nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.