Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib
Ukrayna səfiri Vladislav Kanevski Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Səfir bu barədə “Twitter”də paylaşım edib.
“Dost Azərbaycana dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Sizə sülh, harmoniya və firavanlıq diləyirik!”, - diplomat qeyd edib.