Azərbaycan bu il İtaliyaya 10 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır
"Bu il İtaliyaya qısa və uzunmüddətli müqavilələr üzrə 9,5 milyard m3 təbii qaz ixrac etməyi planlaşdırırıq".
AFN.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şabazov İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Gava ilə görüşdə bildirib.
Görüş barədə nazir özü məlumat yayıb.
“V.Gava ilə Azərbaycanla İtaliya arasında enerji əməkdaşlığının Təbii Qaz və Bərpa Olunan Enerji sahələrində inkişafını müzakirə etdik", - deyə o, qeyd edib.