Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nazirlik olsun, olmasın? - RƏYLƏR


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazirliyə çevrilməsi ilə bağlı adıçəkilən qurumun rəhbəri Bahar Muradovanın açıqlaması müzakirələrə səbəb olub.


AFN.az xəbər verir ki, sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Bəydəmirli buna lüzum olmadığını deyib. Onun sözlərinə görə, hazırda Gürcüstanın hökuməti, yəni Nazirlər Kabinetinin tərkibi 12 nəfərdən ibarətdir: "Baş nazir və 11 nazir. Baş nazirin 2 müavini var, ictimai əsaslarla Regional inkişaf və infrastruktur naziri ilə Ədliyyə naziri bu vəzifələri də icra edirlər. Ən böyük büdcəsi olan nazirlik: İşğal edilmiş ərazilərdən məcburi köçkünlərin işləri+əmək+səhiyyə və sosial işlər bir nazirlikdə cəmlənib. Bu nazirliyə də zərif bir qadın 44 yaşlı Yekaterina Tikaradze rəhbərlik edir. Bu xanımın sərəncamına Gürcüstanın dövlət büdcəsinin 50%-dən çox vəsaiti etibar edilib.(2020-ci ildə belə idi). Bizim ölkədə bu xanımın gördüyü işi Baş nazirin bir müavini, 3 nazir, bir komitə sədri, bir fond rəhbəri yəni 6 nəfər həyata keçirir. Mətbuatımızın gündəmi yeni komitələr, nazirliklər yaratmaq yox, Gürcüstana baxıb hansıları ləğv etmək olmalıdır!"

Təmiz Dünya Qadinlara Yardim Ictimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə təklifi dəstəklədiyini bildirib: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazirliyə çevrilməsi təklifini dəstəkləyirəm! 10 milyondan çoxuq. Azərbaycanda 2 milyon 100 mindən çox ailə var (2018-ci ilin rəqəmi), uşaqların sayı 2 milyon 600 minə yaxındır (2017-ci ilin rəqəmi), 4 milyon 960,1 min nəfərini qadınlar (2017-ci ilin rəqəmi) təşkil edir. Bu rəqəmlər fonunda 50-70 arası işçinin ailə, qadın və uşaq problemlərinin həllinə çevik müdaxiləsi çətin olur. O baxımdan nazirliyin olması vacibdir və əhəmiyyətlidir. Ümumiyyətlə gender məsələlərini bütün dünyada Nazirlik tənzimləyir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu