Qurban Qurbanovun oğlu “Qarabağ”ın 100-cü qolunu vurdu


“Qarabağ”ın bu mövsüm vurduğu qol sayı 100-ü keçib.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası buna “Səbail”ə 3:0 qalib gəldikləri oyunda nail olub.

Belə ki, Konfrans Liqasında 18, Azərbaycan Kubokunda 15 qol vuran ağdamlılar liqada 68 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.

Maraqlıdır ki, 100-cü qolu da “Səbail”lə matçda vurulub. Komandanın çalışdırıcısı Qurban Qurbanovun oğlu Musa Qurbanlı 87-ci dəqiqədə fərqlənməklə 100-cü qolun müəllifi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu